İdman
Epşteynlə əlaqələrinə görə istefasını tələb edirlər
Los Anceles şəhərində 2028-ci il Olimpiadasının təşkilat komitəsinin rəhbəri Keysi Vassermanın istefası tələbi ilə çağırışlar səsləndirilib.
Publika.az xəbər verir ki, buna səbəb onun insan alverinə görə məhkum olunmuş Qisleyn Maksvell və Cefri Epşteyn ilə keçmiş əlaqələrinin üzə çıxması olub. Bu barədə “Reuters” məlumat yayıb.
Vest-Holivud rəsmiləri, o cümlədən Con Erikson Vassermanın məsuliyyətə cəlb olunmasını tələb edir və onun vəzifədən azad olunması üçün martın 2-də qətnamə layihəsi hazırlayır. Hüquq müdafiəçisi Karolin Qeldman isə bildirib ki, insan alverində təqsirləndirilən şəxslərlə əlaqələr Olimpiya hərəkatında rəhbərliklə uyğun deyil.
Təzyiqlər ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn faylları”ndan sonra artıb. Həmin sənədlərdə 2003-cü ilə aid elektron məktublarda Vassermanın Maksvell ilə yazışmaları yer alıb. Bundan əlavə, onun həyat yoldaşı ilə birlikdə Epşteynə məxsus təyyarə ilə Afrikaya humanitar missiya çərçivəsində uçduğu da məlum olub.
LA28-nin Təşkilat Komitəsi bu uçuşun Vasserman ilə Epşteyn arasında yeganə birbaşa təmas olduğunu bildirib. Qeyd olunub ki, bundan qısa müddət sonra Maksvell ilə elektron yazışma baş verib.
Vasserman Epşteyn ilə hər hansı şəxsi və ya işgüzar münasibətlərinin olduğunu inkar edib və Maksvell ilə tanışlığına görə üzr istəyib. O vurğulayıb ki, bu tanışlıq onların cinayətləri ictimaiyyətə məlum olmamışdan əvvəl baş verib.
Xatırladaq ki, Ceffri Epşteyn azyaşlıların seksual istismarı və insan alveri ittihamları ilə məhkum olunmuş amerikalı maliyyəçi idi. O, 2019-cu ildə həbsxanada vəfat edib. Rəsmi versiyaya görə, ölümün səbəbi intihar olub.
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək


































