İdman
Musa Qurbanlı: Bəlkə də daha ağıllı oynaya bilərdik
“Belə oyundan sonra danışmaq çətindir. Düzdür, futbolda belə hallar baş verir. Yaxşı hazırlaşmışdıq, rəqibin nə qədər ciddi, səviyyəli komanda olduğunu dərk edirdik”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı “Nyukasl”a məğlub olduqları (1:6) oyunu dəyərləndirərkən deyib. O, qarşılaşma ilə bağlı planlarının fərqli olduğunu, amma nəticədə gözləmədikləri vəziyyətlə üzləşdiklərini bildirib:
“Düşünürdük ki, maksimum güclə döyüşəcəyik. İstəyirdik ki, az da olsa belə şansımızdan istifadə edək. Rəqibin gücünü bilirdik, amma bu nəticəni gözləmirdik. Futbolda belə hallar olur. Böyük komandalar da böyük hesabla uduza bilirlər. Bu səviyyədə oynamaq bizim və ölkəmiz üçün qürurdur. Gərək başımızı aşağı salmayaq, həvəsdən düşməyək. Ancaq irəli baxaq”.
Qurbanlının fikrincə, matçda daha yaxşı çıxış edib, böyük hesablı məğlubiyyətin qarşısını ala bilərdilər:
“İlk buraxılan qolların təsiri oldu. Xüsusilə üçüncü qoldan sonra mərkəzdən başlayan kimi yenidən top buraxmağımızı oyunu sındırdı. Bəlkə də daha ağıllı davrana, oynaya bilərdik. Təcrübəli davranıb oyunu “öldürə” bilərdik ki, hesab böyüməsin. Amma bu təcrübə çatmadı. Rəqib texniki və fiziki cəhətdən çox güclü idi. Belə rəqiblər səhvləri bağışlamır”
Heybət
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"















.jpg)





















