İdman
"Real" PSJ-nin ulduzunu hədəfə aldı: 100 milyon ödəməyə hazırdılar
"Real" klubu PSJ-nin sağ cinah hücumçusu Dezire Dueni yaxından izləyir.
Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Bildirilir ki, İspaniya nəhəngi istedadlı futbolçunun transferini 2026-cı ilin yay transfer pəncərəsində reallaşdırmağı planlaşdırır. "Kral klubu" 20 yaşlı fransız oyunçu üçün 100 milyon avro ödəməyə hazırdır. Bundan əlavə, Madrid təmsilçisi oyunçuya Parisdə olduğundan daha çox oyun praktikası vəd edərək onu transfer etməyə çalışacaq.
Duenin PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Xatırladaq ki, Due 2024-cü ilin yayında "Renn" klubundan Fransa nəhənginə transfer olunub. O, bu müddət ərzində Paris klubunun heyətində 84 oyuna çıxıb, 24 qol vurub və 21 məhsuldar ötürmə edib. 2025/26 mövsümündə isə 23 matçda iştirak edib, 8 qol vurub və 5 qolun ötürməsini verib. Futbolçu ümumilikdə meydanda 1333 dəqiqə keçirib.
20 yaşlı oyunçu artıq Fransa milli komandasının heyətində də 5 oyun keçirib və 1 qol vurub.
Heybət
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"















.jpg)





















