İdman
Qalmaqallı finalın fəsadı: 18 azarkeş həbsxanadadır
Afrika Millətlər Kubokunun final oyununda Seneqal azarkeşləri qayda pozuntularına yol verdiklərinə görə cəzalandırılıblar.
Publika.az AFP-yə istinadən xəbər verir ki, Mərakeş məhkəmələri tərəfindən 18 azarkeşə üç aydan bir ilə qədər həbs cəzası verilib. Onlar xuliqanlıq, zorakılıq aktları, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq hərəkətləri, idman avadanlıqlarına zərər vurma, meydana daxil olma və müxtəlif əşyalar atmada təqsirli biliniblər.
Onlardan doqquzuna bir il həbs və 5000 dirhəm (təxminən 460 avro) cərimə, daha altı nəfərə altı aya qədər həbs və 2000 dirhəm (180 avro) cərimə, digərlərinə isə üç ay müddətinə həbs və 1000 dirhəm (90 avro) cərimə cəzası verilib.
Vəkil Patrik Kabu bu cür tədbirlərin “anlaşılmaz” olduğunu və müştərilərinin “günah keçisi”nə çevrildiyini bildirib.
Həbs cəzasına məhkum edilən azarkeşlər arasında Əlcəzair əsilli bir fransız da var – o, su şüşəsi atdığına görə üç ay həbs cəzasına məhkum edilib.
Prokurorluq bildirib ki, əsasən CCTV görüntülərinə və xəsarət alan hüquq-mühafizə orqanları və təhlükəsizlik işçilərinin tibbi arayışlarına əsaslanıblar.
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın


































