İdman
Ceyk Polun sevgilisi tarixə düşən formanı satışa çıxardı - Fotolar
Sürətli konkisürmə ulduzu Yutta Leerdam Qış Olimpiya Oyunlarındakı zəfərindən sonra yarış kostyumunu hərraca çıxarıb.
Publika.az xəbər verir ki, 27 yaşlı niderlandlı idmançı Milan və Kortinada keçirilən Oyunların əsas qəhrəmanlarından biri olub. O, 1000 metr məsafədə yeni olimpiya rekordu ilə qızıl medal qazanıb, həmçinin bir gümüş medal əldə edib.
İndi həmin kostyum hərrac predmetinə çevrilib. Niderland Olimpiya yığması onu onlayn hərraca çıxarıb. Hazırda təklif olunan məbləğ artıq 3 min avronu keçib və hərracın başa çatmasına cəmi bir neçə gün qalıb.
Toplanacaq vəsait niderlandlı idmançıların karyeraya başladığı yerli idman klublarına dəstək məqsədilə istifadə olunacaq. Bu təşəbbüsə digər idmançılar da qoşulub. Məsələn, konkisürən Femke Kok öz kostyumunu Veynyevoud şəhərində yerləşən De Kluners klubuna dəstək üçün bağışlayıb.
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"

















.jpg)




















