İdman
Keyndən “Barsa”nın prezidentinin iddiasına reaksiya
“Bavariya” klubunun hücumçusu Harri Keyn “Barselona”ya mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Publika.az xəbər verir ki, Kataloniya klubunun prezidenti vəzifəsini müvəqqəti icra edən Xavyer Vilaxoana daha əvvəl ingilis futbolçu ilə danışıqlar aparıldığını açıqlamışdı.
Keyn isə “Sky Sport”a müsahibəsində belə deyib:
“Mən bu barədə heç nə eşitməmişəm. Bu işlərlə atam və qardaşım məşğul olur, amma onlar mənə belə bir şey deməyiblər. Yalnız onu təkrar edə bilərəm ki, burada, “Bavariya”da xoşbəxtəm və hazırkı klubuma fokuslanmışam. Amma bu sözləri kompliment kimi qəbul edirəm”.
32 yaşlı hücumçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Məlumatlara görə, “Barselona” onu Robert Levandovskinin potensial varisi kimi görür.
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?











.jpg)























