İdman
"Milan"ın futbolçusu qapıçı ilə toqquşdu, ölümdən döndü - Fotolar
"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İtaliya çempionatında "Parma"ya qarşı keçirilən oyunda (0:1) ciddi zədə alıb.
Publika.az xəbər verir ki, hadisə matçın 11-ci dəqiqəsində baş verib. Loftus-Çik rəqib komandanın qapıçısı Edoardo Korvi ilə toqquşduqdan sonra bir neçə dişini itirib və boyun nahiyəsindən zədə alıb. Futbolçu huşunu itirməyib, lakin xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb.
Aparılan ilkin tibbi müayinənin nəticələrinə görə, zədə kifayət qədər ciddidir. Zərbə baş nahiyəsinə dəyib, dişlərin zədələnməsinə və yanaq sümüyündə çatın yaranmasına səbəb olub. Futbolçunun əməliyyat olunacağı gözlənilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, Loftus-Çik cari mövsümdə "Milan"ın heyətində İtaliya çempionatında 23 oyun keçirib və 3 qol vurub. Bu məğlubiyyət isə "Milan" üçün mövsümdə ikinci olub.
Heybət




-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"

















.jpg)




















