İdman
Bekhem istirahət zamanı qadının həyatını xilas etdi
Əfsanəvi futbolçu Devid Bekhem Fransanın Kurşeval kurortunda xizək sürərkən yıxılan qadına kömək edib.
Publika.az xəbər verir ki, “Mançester Yunayted” və İngiltərə millisinin sabiq üzvü ailəsi ilə birlikdə Fransa Alp dağlarında istirahətdə olarkən britaniyalı bir qadının yıxılaraq başını əzdiyini görüb. Bekhem dərhal onun xizəklərini çıxarıb və vəziyyətinin yaxşı olduğuna əmin olub.
Şahidlərin sözlərinə görə, o, əsl centlmen kimi davranıb və zərərçəkənə qarşı çox diqqətli olub. Hadisə zamanı onun yanında 14 yaşlı qızı Harper də olub.
Bekhem 2013-cü ildə karyerasını başa vurduqdan sonra snoubordinqlə maraqlanmağa başlayıb və həyat yoldaşı, dizayner Viktoriya Bekhem və ailəsi ilə birlikdə mütəmadi olaraq Kurşevalda istirahət edir.
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"















.jpg)





















