"Qarabağ" "Nyukasl"a qarşı
Bizi izləyin

İdman

"Qarabağ" "Nyukasl"a qarşı

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu turnirin pley-off mərhələsinin cavab oyununda “Nyukasl”la qarşılaşacaq.

Komandalar arasında ötən həftə Bakıda keçirilmiş ilk oyun Azərbaycan təmsilçisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab görüşü isə bu gecə Nyukasldakı “Sent Ceyms Park” stadionunda keçiriləcək. Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.

Qurban Qurbanovun komandasının mərhələ adlamaq şansı real görünmür. Buna görə də görüş formal xarakter daşıyır.

UEFA Çempionlar Liqası: Pley-off, cavab oyunu
24 fevral

00:00 Nyukasl - Qarabağ (İlk oyun 6:1)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
“Sent Ceyms Park” stadionu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm