Sosial
ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə ASAN Xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı illik hesabat təqdim edilib.
Publika.az xəbər verir ki, ümumilikdə Dövlət Agentliyi tərəfindən 137 qurumun 511 xidməti qiymətləndirilib.
Eyni zamanda, “ASAN müraciət” informasiya sistemi hazırda 99 qurumun iştirakı ilə ölkə üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərir. Sistem çərçivəsində mobil tətbiqin istifadəçi sayı 80.000-i keçib, platformaya isə 17.000-dən çox müraciət daxil olub.
Qiymətləndirmə nəticələrinə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN Xidmət indeksi üzrə 77,7% nəticə ilə 2-ci yerə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə “ASAN müraciət” informasiya sistemi üzrə daxil olan müraciətlərin icra vəziyyətinə görə 53,4% nəticə ilə 2-ci yerə layiq görülüb.
Əldə olunan bu nəticələr dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və şəffaf idarəetmənin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin mühüm göstəricisidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olaraq dövlət xidmətlərinin daha da təkmilləşdirilməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində fəaliyyətimizi uğurla davam etdirəcəyik.
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














