MDB
Bu kənd su qiymətinə satışa çıxarıldı - Çox mənzərəli bir yerdədir
Litva sərhədi yaxınlığında yerləşən Belarusun Veseluxa kəndinin sahibi, orada aqroturizm məhəlləsi yaratmaq cəhdi uğursuz olduqdan sonra kəndi satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə daşınmaz əmlak satışı portallarının məlumatlarına istinadla RİA Novosti məlumat yayıb.
"Səfalı və gözdən uzaq bir yerdə yerləşən, üç həyətdən ibarət bütöv bir kənd satılır, xüsusi mülkiyyətdir. Qiyməti 30 min Belarus rublu, yaxud təxminən 10 524 dollardır (Təxminən 17848 AZN)", - elanda deyilir.
Veseluxa Postavı şəhərindən beş kilometr, Litva sərhədindən isə 20 kilometr məsafədə yerləşir. Kənd meşə kənarında, çay yaxınlığında çox mənzərəli bir yerdədir; burada istifadəsiz qalmış üç tikili və quyu var. Yaşayış məntəqəsində kanalizasiya sistemi yoxdur, elektrik xətti çəkilib, evlər isə soba ilə qızdırılır.
"Selskaya qazeta" nəşrinin məlumatına görə, hazırkı sahib ərazini aqroturizm yaratmaq məqsədilə xüsusi şəxslərdən alıb, lakin layihəni reallaşdıra bilməyib.
Veseluxanın daxil olduğu Yunkov kənd sovetliyində hazırda iki kənddə yerləşən üç boş ev bir baza vahidi qiymətinə - 45 Belarus rubluna (təxminən 15,8 dollar) satılır. Cari ilin əvvəlindən bu üsulla iki ev satmaq mümkün olub.
Hüseyn İbadlı
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...





































