Sosial
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
Azərbaycanda iş saatlarının azaldılması və evdən işləmə imkanının tətbiqi məsələsi yenidən müzakirə olunur. Əmək bazarında çevik iş rejiminə keçidin həm işəgötürənlər, həm də işçilər üçün hüquqi və maliyyə nəticələrinin necə olacağı sual doğurur.
Hazırkı vəziyyətdə bu təklif nə qədər realdır? İş saatlarının dəyişdirilməsi hansı üstünlükləri verə bilər?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Razi Nurullayev danışıb. O deyib ki, bu təklif cəmiyyət üçün cəlbedici səslənsə də, mövcud şəraitdə bütün sahələr üzrə kütləvi və sürətli tətbiqi real görünmür:
“Çünki ölkədə əmək bazarının və dövlət idarəetməsinin böyük hissəsi fiziki iştirak üzərində qurulub. Təhsil, səhiyyə, xidmət sektoru kimi sahələrdə distant iş modeli məhdud imkanlara malikdir. Bu baxımdan yanaşma ümumi yox, sahələr üzrə fərqli olmalıdır. İş saatlarının çevik formada tənzimlənməsi, xüsusilə böyük şəhərlərdə bir sıra müsbət nəticələr verə bilər. Nəqliyyat sıxlığının azalması, insanların gündəlik stressinin yüngülləşməsi, ailə-iş balansının yaxşılaşması kimi sosial üstünlüklər mümkündür. Eyni zamanda bəzi sahələrdə iş vaxtının daha elastik təşkili məhsuldarlığın artmasına da müsbət təsir göstərə bilər”.
Deputat bildirib ki, evdən işləmə modelinin geniş tətbiqi isə yalnız texniki imkanlarla deyil, idarəetmə mədəniyyəti ilə bağlıdır:
“Bunun üçün rəqəmsal infrastruktur, işin nəticə üzrə ölçülməsi mexanizmləri və işəgötürən tərəfdə etimad mühiti formalaşmalıdır. Əks halda, bu model formal xarakter daşıyacaq və real fayda verməyəcək. Daha rasional yanaşma odur ki, bu istiqamətdə qərarlar kütləvi şəkildə deyil, pilot layihələr əsasında qəbul edilsin. Ayrı-ayrı dövlət qurumlarında, o cümlədən özəl sektorda çevik iş saatları və həftənin müəyyən günlərində evdən işləmə modeli sınaqdan keçirilə bilər. Nəticələr analiz edildikdən sonra mərhələli şəkildə genişləndirmə barədə qərar vermək daha sağlam olar. Ümumilikdə, iş saatlarının dəyişdirilməsi və evdən işləmə imkanlarının tətbiqi perspektivli yanaşmadır, lakin hazırkı mərhələdə bu məsələni tələskən qərarlarla yox, düşünülmüş və mərhələli islahatlarla həll etmək daha məqsədəuyğundur”.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz




















.png)














