Nida Xəbər
Bəzi nazirlik və komitələr ləğv ediləcək - Özəl sektor da ixtisarlara başlayır
Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı stuktur islahatları hökumətdə bəzi qurumların – nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğvi ilə davam etdirləcək.
Publika.az xəbər verir ki, bu barədə “AzPolitika”ya hökumətə yaxın mənbələrdən informasiya daxil olub.
Qeyd olunur ki, bir-birinin fəaliyyətini təkrar edən, yaxud oxşar olan qurumların, habelə idarəetmədə praktik fəaliyyəti zəif olan dövlət qurumlarının dairəsi müəyyənləşdirilib. Mənbə bildirib ki, onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər ağır maliyyə yükü yaradır. Heç bir dəyər formalaşdıra bilməyən təsisatların yerləşdiyi binaların saxlanılması, cari fəaliyyətinin təmin edilməsi, çox sayda ştatların mövcudluğu məqsədəuyğun sayılmır. Hökumət bundan sonra dövlət təşkilatlarının və publik hüquqi şəxslərin (PHŞ) keyfiyyət əmsalına üstünlük verəcək.
Məlumatda o da bildirilir ki, bu sırada ötən 7-8 ildə yaradılan PHŞ-lərin sayının azı 2 dəfə azaldılması nəzərdə tutulur. Özünü maliyyələşdirmə imkanları olan, habelə fəaliyyət dairəsi zəruri olan təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər PHŞ isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.
Bundan başqa yerli icra hakimiyyətlərində ixtisarların daha geniş miqyasda davam etdirlməsi qərarlaşdırılıb. Bu barədə artıq yerli icra qurumlarına müvafiq təlimatlar göndərilib.
Xatırladaq ki, son günlərdə Ağdaş Rayon İcra Hakimiyyətində 14, Tovuzda isə 43 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib.
Mənbə narahatedici fakta da diqqət çəkir. Bu da dövlət qurumları ilə yanaşı özəl sektorda, böyük holdinq və şirkətlərdə də ixtisarların aparılması ilə bağlıdır. Qeyd olunur ki, ilin əvvəlindən işçilərin gəlir vergisinə cəlb olunması biznes və xidmət sektorunda xərcləri artırıb. Şirkət rəhbərləri artan xərclərini azaltmaq üçün ixtisara getməyi üstün tuturlar.
Mənbə vurğulayıb ki, hazırda struktur islahatları zamanı ixtisara düşən işçilərin məşğulluq problemlərinin həlli ilə bağlı məsələlərə baxılır. Onların bir hissəsi yeni qurumlarda işlə təmin olunacaq, digərlərinin ixtisas və təcrübəsinə görə ehtiyac olan başqa təşəkilatlarda işlə təmin olunması nəzərdə tutulur.
Hesablamalara görə, ixtisara düşənlərin azı üçdə biri əmək bazarında özünə yeni iş axtarmalı olacaq. Həm dövlət, həm də özəl sektorda kütləvi ixtisarlar cəmiyyətdə narahatlıq yarada bilər. Bu baxımdan, hökumətin məşğulluq məsələsini müzakirə etməsi başa düşüləndir. Real tədbirlər görülərsə, faydalı olar...
-
İdman09:37"Qarabağ"ı gözləyən böyük təhlükə: Bu iki ölkə son həmləyə hazırlaşır
-
İnanc09:06Azərbaycanda axır çərşənbə bu tarixdə qeyd olunacaq
-
Sosial08:24Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
-
ABŞ08:10Tramp Zelenskiyə 1 ay vaxt verdi
-
İdman07:15Messi bu ölkənin millisində oynaya bilərmiş: Dilə tutublar, inandırmağa çalışıblar ki…
-
Qoroskop01:40Günün ulduz falı: Keçmişdən gələn bir xatirə və ya əşya sizi duyğulandıracaq
-
Magazin125 Fevral 23:35Roza Cəlilovanın mirası ətrafında qalmaqal - DİN-dən reaksiya
-
Ekologiya25 Fevral 23:15Günəşdə güclü partlayış baş verdi








.png)


.jpg)











.jpg)









.jpg)




