İdman
Ronaldo İspaniya klubunun səhmlərini aldı
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini satın alıb.
Publika.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz hazırda ikinci divizionda çıxış edən və La Liqaya yüksəlmək uğrunda mübarizə aparan kluba sərmayə qoyub.
Məlumata görə, bu investisiya Ronaldonun idman sahəsindəki sərmayələrini birləşdirmək və idarə etmək üçün yaradılmış "CR7 Sports Investments" şirkətinə daxil ediləcək. Bu qurum peşəkar idmanda strateji investisiya imkanlarını qiymətləndirmək və həyata keçirmək üçün platforma rolunu oynayacaq.
Ronaldo bu barədə danışarkən bildirib: "Futbola yalnız meydanda deyil, kənardan da töhfə verməyə çalışmışam. "Almeriya" möhkəm təmələ və böyük inkişaf potensialına malik klubdur. Klub rəhbərliyi ilə birlikdə onun inkişafının növbəti mərhələsini dəstəkləmək imkanına görə çox şadam".
Heybət
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın













.jpg)






















