Dünya
İran ABŞ-ın blokadasına görün necə hazırlaşıb
İran ABŞ tərəfindən limanlarının dəniz blokadasına alınması ehtimalını əvvəlcədən hesablayıb və öncədən bəzi hazırlıq tədbirləri görüb.
Publika.az xəbər verir ki, bunu İraqın "Baghdad Today" nəşri iddia edib.
Nəşr bildirir ki, İran hazırda izlənilməsi praktiki olaraq mümkünsüz xeyli sayda neft tankerini əvvəlcədən açıq dənizə göndərib.
İddiaya görə, bu, tərəfdaşlara tədarükün təxminən 80 gün ərzində təmin edilməsi üçün kifayət edəcək. Ekspertlərin fikrincə, bu cür "üzən anbar"larda yerləşdirilmiş neftin həcmi 170 milyon barel ola bilər.
"Baghdad Today" İslam Respublikasının buna necə nail olduğuna da aydınlıq gətirib. Belə ki, hələ Fars körfəzi akvatoriyasında hərbi qarşıdurmanın kəskinləşməsindən əvvəl İran tankerlərin yüklənməsini adi templərdən 3 dəfə daha intensiv həyata keçirib.
Açıq dənizə çıxarılmış gəmilər "gizlilik rejimi"ndədir. Bu da onların aşkarlanmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, ABŞ tərəfindən hərbidəniz blokadası faktiki olaraq bu İran tankerlərinə təsir etməyəcək.
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir




























.png)


.jpg)



