İdman
FİA Yaxın Şərqdəki vəziyyəti izləyir - Hansı addımlar atılacaq?
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 rəhbərliyi Yaxın Şərqdə gərginliyin artmasını diqqətlə izləyir.
Publika.az xəbər verir ki, bu vəziyyət Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Pri yarışlarının keçirilməsinə təsir göstərə bilər.
Formula 1 rəhbərliyinin “PlanetF1” nəşrinə verdiyi açıqlamada deyilir: “Növbəti üç yarışımız Avstraliya, Çin və Yaponiyadadır və onlar Yaxın Şərqdə keçirilmir. Bu mərhələlərə hələ bir neçə həftə var. Biz həmişə olduğu kimi, belə vəziyyətləri diqqətlə izləyirik və müvafiq qurumlarla sıx əməkdaşlıq edirik”.
“Pirelli” şirkətinin Bəhreyndə keçirməli olduğu iki günlük təkər testləri ləğv edilib. Bu testlərdə “McLaren” və “Mercedes” komandalarının iştirakı planlaşdırılırdı. Artıq bölgədə olan komanda əməkdaşları Böyük Britaniyaya qayıtmaq və ya Avstraliyaya yollanmaq üçün yollar axtarırlar.
Bir çox komanda əməkdaşları mövsümün açılış yarışı üçün Melburna uçuş zamanı regiondan tranzit etməmək üçün alternativ marşrutlar axtarır. Adətən Avropadan Avstraliyaya uçuşlar Doha, Dubay və Əbu-Dabi üzərindən həyata keçirilir.
Bu, Formula 1-in regiondakı münaqişələrin təsiri ilə üzləşdiyi ilk hal deyil. 2022-ci ildəSəudiyyə Ərəbistanı Qran Prisi zamanı “Saudi Aramco” obyektinə, Ciddə şəhərindəki trasın yaxınlığında raket zərbəsi endirilmişdi. Buna baxmayaraq, yerli təhlükəsizlik xidmətlərinin təminatından sonra yarış planlaşdırıldığı kimi keçirilmişdi.
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü































.png)

.jpg)




