İdman
“Barselona” stadionda qorxuducu atmosfer yaratmaq üzərində çalışır
“Barselona” klubu gələn martın 3-də “Atletiko”ya qarşı keçiriləcək İspaniya kubokunun yarımfinalının cavab oyunu üçün “Kamp Nou” stadionunda güclü və qorxuducu atmosfer yaratmaq üzərində çalışır.
Publika.az xəbər veirr ki, bu plan stadionun tutumunu 62 min nəfərə çatdırmaq üçün tələb olunan 1C lisenziyasının hələ də alınmamasına baxmayaraq hazırlanır.
“Mundo Deportivo”nun məlumatına görə, klub Kataloniya polisi – “Mossos d’Esquadra” ilə fəal danışıqlar aparır. Məqsəd fəaliyyətinə qadağa qoyulmuş “Grada d’Animació” azarkeş qrupunun təxminən 500 üzvünü gələcək “Gol 1957” tribunası arxasında yerləşdirilən müvəqqəti fan sektorunda toplamaqdır.
Bu təşəbbüs ənənəvi fan tribunasının yaratdığı vizual və səs effektini bərpa etməyə yönəlib. Azarkeşlərin mahnılar oxuması və komandaya enerji verməsi, ilk oyunda Madrid stadionunda alınan 0:4 hesablı məğlubiyyətdən sonra geri dönüş üçün motivasiya yaratmaq məqsədi daşıyır.
“Gol Nord” tribunası hələ də Barselona şəhər şurasından 1C icazəsini gözlədiyi üçün klub “Atletiko” ilə oyun üçün həmin 500 azarkeşin xüsusi zonada yerləşdirilməsi üçün əlavə icazə istəyib.
Bu azarkeşlər əvvəllər fəaliyyət göstərmiş “Almogàvers”, “Nostra Ensenya”, “Front 532” və “Supporters Barça” qruplarının üzvləridir. Bu qruplar cərimələr səbəbilə bağlandıqdan sonra klub rəhbərliyi ilə bir neçə həftədir danışıqlar aparırlar.
“Barselona” rəhbərliyi oyuna az vaxt qalmasına baxmayaraq “Mossos d’Esquadra”dan tezliklə müsbət cavab alacaqlarına inanır. Klub hesab edir ki, stadion tam dolmasa belə, bu xüsusi fan qrupu komandaya güclü dəstək verərək Atletico üzərində psixoloji təzyiq yarada bilər.
-
Yaxın Şərq17:11İsrailə düşən raket xeyli sayda ölümə səbəb oldu - Video
-
Hadisə16:42Naxçıvanda hərbi hissədə yanğın oldu - Foto
-
Avropa16:35"Diplomatlarımız İrandan Azərbaycana təxliyə olunacaqlar" - Serbiya Prezidenti
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu
-
Yaxın Şərq15:10"Bu tarixi cinayətə sərt cavab veriləcək!" - Pezeşkian
-
Yaxın Şərq14:55ABŞ və İsrail İrana niyə gündüz hücum edib? - Bütün plan Xameneiyə görə dəyişib





























.jpg)
.jpg)




