İdman
"Mançester Siti"nin sabiq futbolçusu həbs olundu - FOTO
“Mançester Siti”, “Nyukasl” və İngiltərə milli komandasında çıxış etmiş tanınmış yarımmüdafiəçi Coi Barton ciddi cinayət qalmaqalının mərkəzinə düşüb.
Publika.az xəbər veirr ki, 43 yaşlı idmançı martın 9-u Liverpul yaxınlığındakı bir qolf klubunun qarşısında baş verən insidentdən sonra həbs edilib.
Bartonla birlikdə daha bir kişi də saxlanılıb. Hər ikisi qəsdən ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinir. Məlumata görə, zərərçəkən dərhal ciddi qabırğa və üz xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Şahidlər qan içində uzanmış kişini gördükdən sonra həm təcili tibbi yardım, həm də polis çağırıblar.
Xatırladaq ki, Coi Barton peşəkar karyerası ərzində “Mançester Siti”, “Nyukasl” və “Reyncers” kimi klublarda çıxış edib. 2018-ci ildə o, fəaliyyətini məşqçi kimi davam etdirib və Flitvud Taun”u, daha sonra isə 2023-cü ilə qədər “Bristol Rovers”i çalışdırıb.
Heybət

-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər






























.png)


.jpg)



