İdman
Mbappe yeni sevgilisi ilə necə tanış olub? - Foto
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe ispan aktrisa Ester Eksposito ilə münasibətdə olması barədə yayılan informasiyalarla yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, futbolçu Parisə səfəri zamanı aktrisa ilə birlikdə görüntülənib. Cütlük bir neçə həftədir görüşür. Onların həm Madriddə, həm də Parisdə birlikdə görünməsi azarkeşlər və media arasında söz-söhbətlərin artmasına səbəb olub.
İspan jurnalist Letisiya Rekexo "Telecinco" kanalında bu tanışlığın necə başladığı barədə danışıb. Onun sözlərinə görə, Mbappe aktrisaya böyük maraq göstərib və “Real”ın paltardəyişmə otağında komanda yoldaşlarından onun haqqında soruşub. Bildirilir ki, futbolçu aktrisanı sosial şəbəkədə izlədiyi üçün bu mövzu ilə maraqlanmağa başlayıb.
Daha sonra tərəflər sosial şəbəkələr vasitəsilə əlaqə qurublar. Rekexo qeyd edib ki, hələlik rəsmi münasibətdən danışmaq tezdir.
Mənbənin sözlərinə görə, hazırda Mbappe və Eksposito sadəcə birlikdə vaxt keçirirlər və münasibətlərini tələsmədən, təbii şəkildə inkişaf etdirməyə çalışırlar.
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




