İdman
Neymar qalmaqalla gündəmə gəldi: Yenə qəsdən oynamayıb?
“Santos”un hücumçusu Neymar yenidən zədələnməsi ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, Braziliyalı futbolçu “Mirassol”a qarşı oyunu əzələ yorğunluğu səbəbindən buraxıb. Neymar qarşılaşmadan bir gün əvvəl əzələsində narahatlıq hiss etdiyini bildirib və bu səbəbdən matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd olunur ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bu görüşdə Neymarın oyununu şəxsən izləmək üçün stadiona gəlib. Lakin onu meydanda görə bilməyib.
Lakin azarkeşlərin bir qismi futbolçunun zədəsinə inanmır və onu özünü qəsdən qorumaqda ittiham edir. Neymar isə bu ittihamlara münasibət bildirib.
“Məni həmişə günahkar kimi göstərirlər. Hamını razı salmaq çox çətindir. Mənim yerimdə olmaq asan deyil. Bütün bunlara dözmək üçün kifayət qədər cəsarətim olmalıdır”, - deyə o qeyd edib.
Maraqlıdır ki, martın 11-i Neymarın bacısının ad günüdür. Sosial şəbəkələrdə yayılan iddialara görə, braziliyalı futbolçu son 11 ildə məhz bu tarixə təsadüf edən günlərdə zədə səbəbindən oyunları buraxıb.
Heybət
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




