İdman
Adını Messi və Ronaldo ilə birlikdə tarixə yaza bilər: Şans yarandı
Meksika millisinin qapıçısı Gilyermo Oçoa tarixə düşə bilər.
Publika.az xəbər verir ki, o, futbol üzrə dünya çepionatlarına ən çox qatılan futbolçulardan biri ola bilər.
Buna səbəb yığmanın və “Amerika” klubunun qapıçısı Luis Malaqonun ciddi zədə almasıdır. 29 yaşlı qolkiper KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Filadelfiya Union”a qarşı keçirilən oyunda (1:0) sıradan çıxıb. Aparılan müayinələr nəticəsində Malaqonda Axilles vətərinin qopması aşkarlanıb.
DAZN-in məlumatına görə, bu zədə səbəbindən Meksika millisinin qapıçısı 2026-cı il dünya çempionatını buraxacaq.
Malaqonun zədəsi 40 yaşlı təcrübəli qapıçı Gilyermo Oçoaya ev sahibliyi edəcəkləri mundialın iştirak ərizəsinə düşmək şansı yarada bilər. ABŞ və Kanadanın da qəbul edəcəyi turnir Kiprin AEL klubunda çıxış edən Oçoa üçün karyerasında altıncı dünya çempionatı ola bilər.
Bildirilir ki, Meksika millisinin heyətinə “Çivas”ın qapıçısı Raul Rangel və “Santos Laquna”nın qolkiperı Karlos Asevedo da daxil ediləcək. Oçoanın isə bu qapıçılar arasında ehtiyat oyunçu kimi yer alacağı gözlənilir.
Bu baş versə, Gilyermo əfsanəvi futbolçular Lionel Messi (Argentina) və Kriştiano Ronaldo (Portuqaliya) ilə mundiallarda ən çox iştirak edən futbolçu ola bilər. Bunun üçün hər iki ulduzun adı mundialın iştirak ərizəsində yer almalıdır.
Heybət
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO




































