İdman
Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
"İnter Mayami"nin futbolçusu Lionel Messiyə təxminən 50 milyon avro dəyərində lüks şəxsi təyyarəsi var.
Publika.az xəbər verir ki, söhbət argentinalı ulduzun ailəsi və yaxınları ilə səyahətlər üçün istifadə etdiyi "Gulfstream V" biznes-jetindən gedir.
Təyyarənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun fərdiləşdirilmiş dizaynıdır. Salona aparan pilləkənlərin üzərində futbolçunun ailə üzvlərinin adları həkk olunub - Leo, Antonela, Tyaqo, Çiro və Mateo. Bundan əlavə, təyyarənin quyruq hissəsində Messi üçün simvolik sayılan 10 nömrə yerləşdirilib.
Şəxsi jetin içərisində böyük divanlar, danışıqlar üçün masa və ayrıca istirahət zonaları olan dəbdəbəli salon qurulub. Məlumata görə, təyyarə təxminən 16 sərnişin üçün nəzərdə tutulub və oturacaqların bir hissəsi tam çarpayıya çevrilə bilir.
Şəxsi təyyarələr artıq dünya idman ulduzları üçün adi bir atributa çevrilib. Lakin Messinin təyyarəsi məhz ailə simvolları ilə seçilir. Futbolçu dəfələrlə bildirib ki, onun üçün ən böyük dəyər ailəsidir.
Hazırda Messi ABŞ klubunda çıxış edir və dünya futbolunun ən tanınmış və mediada ən çox müzakirə olunan fiqurlarından biri olaraq qalır.
Heybət
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO
















.jpg)























