İdman
"İnter Mayami" "Siti"nin ulduzunu hədəfə aldı
"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, MLS çempionu 31 yaşlı portuqaliyalını azad agent kimi heyətinə qatmaq istəyən klublardan biridir. Futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Ona həmçinin "Yuventus", "Benfika" və bir sıra digər komandalar da maraq göstərir.
Silvanın nümayəndələri ilə maaşla bağlı danışıqlara onun "Siti"də aldığı indiki məbləğə yaxın rəqəmdən başlanacağı bildirilir. Söhbət mövsümə görə təxminən 7-8 milyon avrodan gedir.
Silva 2017-ci ilin iyulundan "Mançester Siti"də çıxış edir. 2025/26 mövsümündə o, 39 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 27 milyon avro qiymətləndirir.
Heybət
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




