İdman
Premyer Liqanın məşqçilərinin saatları: Ən bahalısı Qvardiolanındır - FOTOLAR
"Livescore" İngiltərə Premyer Liqasında çalışan məşhur baş məşqçilərin taxdıqları bahalı qol saatlarının qiymətlərini açıqlayıb.
Publika.az xəbər verri ki, ən çox pul ödənilən aksesuar "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolaya məxsusdur. İspaniyalı mütəxəssis qiyməti təxminən 1,3 milyon avro olan eksklüziv "Richard Mille RM27-02 Tourbillon Rafael Nadal" modelindən istifadə edir.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta isə təxminən 10 min avro dəyərində olan "Rolex Oyster Perpetual GMT-Master II" modelinə üstünlük verir.
"Mançester Yunayted"in məşqçisi Maykl Kerrik isə qiyməti təxminən 300 min avro olan "Richard Mille RM011 Black Phantom" saatını taxır.
Siyahıda digər məşqçilər də yer alıb. "Liverpul"un baş məşqçisi Arne Slot təxminən 12 min avro dəyərində "Rolex Datejust", "Fulhem"in baş məşqçisi Marko Silva təxminən 10 min avroluq "Cvstos Challenge Chrono II", "Aston Villa"nın baş məşqçisi Unai Emeri isə qiyməti təxminən 3 min avro olan "TAG Heuer Formula 1 Quartz Chronograph" modelindən istifadə edir.
Heybət







-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




