İdman
Dani Alveşin ailəsinin yeni üzvü var - FOTOLAR
"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş sosial şəbəkələrdə sevindirici paylaşım edib.
Publika.az xəbər verir ki, o, "İnstagram" hesabında sevgilisi Joana Sans və yeni doğulmuş körpəsi ilə birlikdə çəkilmiş fotonu yayımlayıb. Şəkildə cütlük körpəni qucağında tutur, lakin uşağın üzü ağ ürək emojisi ilə gizlədilib.
Paylaşımın şərh hissəsində Alveş sevgi, inam və ailə haqqında emosional mesaj yazıb. O bildirib ki, sevginin əsl gücü bir-birini bağışlamaqda və istənilən vəziyyətdə dəstək olmaqdadır. Futbolçu həmçinin vurğulayıb ki, sevgi, inam və ailə onun həyatında ən böyük dəyərlər olaraq qalır.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb, azarkeşlər isə cütlüyü ailələrinə yeni üzvün qatılması münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Dani Alveş futbol tarixinin ən çox titul qazanan oyunçularından biri hesab olunur və müxtəlif illərdə "Barselona", "Yuventus" və PSJ klublarında çıxış edib.


-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




