İdman
ÇL-də 1/4 finalın təqvimi açıqlandı: Oyunlar yeni saatda
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyun cədvəlini açıqlayıb.
Publika.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmaları 7-8 aprel, cavab oyunları isə 14-15 aprel tarixlərində keçiriləcək.
Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Buna səbəb isə Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsidir. Avropada ənənəvi olaraq mart ayının sonuncu bazar günü saatlar geri çəkiləcək. Nəticədə isə Azərbaycanla Avropa arasında saat fərqi 2-yə enəcək.
Turnirin final oyunu Budapeştdə yerləşən "Puşkaş Arena" stadionunda keçiriləcək. Həlledici qarşılaşmanın mayın 30-a keçməsi planlaşdırılıb.
Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
7 aprel
23:00 Sportinq - Arsenal
23:00 Real - Bayern
8 aprel
23:00 Barselona - Atletiko
23:00 PSJ - Liverpul
Cavab oyunları:
14 aprel
23:00 Atletiko - Barselona
23:00 Liverpul - PSJ
15 aprel
23:00 Arsenal - Sportinq
23:00 Bayern - Real
Heybət
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatları AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu
-
Region00:15Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə səmimiyyət sizi xoşbəxt edəcək


























.png)


.jpg)




