İdman
"Liverpul"da kütləvi ayrılıqlar ola bilər
"Liverpul" yay transfer pəncərəsində 5-6 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisində kütləvi ayrılıq hücumçu Məhəmməd Salahdan başlaya bilər. Futbolçunun klubdakı mövqeyindən narazı olduğu qeyd olunur.
Salahdan başqa, "Liverpul" müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Şotland futbolçunun müqaviləsi qarşıdakı yay başa çatır.
Müdafiəçi İbrahima Konatenin də gələcəyi qeyri-müəyyəndir. Klub futbolçuya yeni sözləşmə ilə bağlı qərar verməsi üçün aprelin əvvəlinə qədər vaxt verib.
"Liverpul" həmçinin baş məşqçi Arne Slotun iki mövsümdür əsas heyətdə görmək istəmədiyi vinger Federiko Kyeza ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.
Klub yarımmüdafiəçi Körtis Consun da transferini nəzərdən keçirir. Baxmayaraq ki, Slot ona güvənir. Yüksək transfer qiyməti səbəbindən ingilis futbolçunun satılması istisna edilmir.
Müdafiəçi Co Qomezin gələcəyi isə əsasən Konatenin komandadakı vəziyyətindən asılıdır. Futbolçu aldığı oyun vaxtından narazıdır.
Heybət
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































