İdman
Haalanddan hər kəsi "mat" edəcək yatırım
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Norway Chess" turnirinə və yeni yaradılan "Total Chess World Championship" şahmat turuna investor kimi qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.
Yeni turnirin hər il keçirilməsi planlaşdırılır və burada dünyanın ən güclü şahmatçıları iştirak edəcək. Yarış dörd müxtəlif şəhərdə təşkil olunacaq dörd turnirdən ibarət olacaq. Layihə FİDE tərəfindən minimum 16 illik müddətə təsdiqlənib. Pilot turnirin 2026-cı ilin payızında keçirilməsi, tam mövsümün isə 2027-ci ildə start götürməsi nəzərdə tutulur. Yarışın mükafat fondu minimum 2,7 milyon dollar olacaq.
Haaland layihə ilə bağlı fikirlərini belə ifadə edib:
"Şahmat inanılmaz oyundur. Bu oyun zehni inkişaf etdirir və futbolla açıq paralellər var. Sürətli düşünmək, instinktlərə güvənmək və bir neçə addım irəlini hesablamaq lazımdır. Strategiya və planlama hər şey deməkdir.
"Norway Chess"-ə investisiya edirəm, çünki inanıram ki, yeni dünya turu şahmatı qlobal auditoriya üçün daha da populyar edə bilər. Bu turnirin arxasında duran komanda artıq böyük iş görüb. Belə bir layihənin bir hissəsi olmaq fürsəti qaçırılmayacaq qədər cəlbedici idi."
Heybət
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































