İdman
UEFA Çempionlar Liqası ilə bağlı yeniliyə hazırlaşır
UEFA Çempionlar Liqasının oyunlarını televiziya kanalları olmadan birbaşa izləməyə imkan verəcək öz onlayn platformasını yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hazırda layihə ilkin mərhələdədir. Onun həyata keçirilməsinə Avropa klub turnirlərinin kommersiya hüquqlarına cavabdeh olan UC3 şirkəti nəzarət edir.
Planlara əsasən, servis ilk olaraq Asiya ölkələrində, böyük ehtimalla Hindistan və ya İndoneziyada test ediləcək. Bu regionlarda yayım hüquqları hələ tam şəkildə bölüşdürülməyib.
Hazırda yayımlara çıxışın ödənişli, qismən ödənişli və ya tam pulsuz olacağı hələ dəqiqləşməyib. Layihənin əsas məqsədi azarkeşlərdən birbaşa gəlir əldə etmək, oyunların yayımlanmasına daha yaxşı nəzarət etmək və gəlirlərin nisbətən aşağı olduğu bazarları inkişaf etdirməkdir.
Gözlənilir ki, yeni yayım platforması 2027-ci ildən istifadəyə veriləcək.
Heybət
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































