İdman
Rəsmi olaraq kubokdan imtina edirəm! - Hakimi
Mərakeş millisinin kapitanı Əşrəf Hakimi gözlənilməz açıqlama verib.
Publika.az xəbər verir ki, o, 2025-ci il Afrika Millətlər Kubokunun çempionluq titulundan imtina etdiyini bildirib.
“Anam mənə Afrika Kubokunun kubokundan imtina etməyi məsləhət gördü. Mən rəsmi olaraq bu titulu qəbul etmirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Finalı qazanmaq şansımız var idi, amma bunu qaçırdıq. Futbol belədir, bəzən qazanırsan, bəzən uduzursan. Seneqal bizi ədalətli şəkildə məğlub etdi və qələbəyə layiq idi. Onların çəkdiyi zəhmətdən sonra sevincini əlindən almaq ədalətsizlik olardı. Afrika Futbol Konfederasiyasının qərarına hörmətlə yanaşıram, amma rəsmi olaraq kubokdan imtina edirəm. Mən 2025-ci ildə Afrika Kubokunu qazanmamışam. Seneqalı bir daha təbrik edirəm”, – deyə Hakimi bildirib.
Xatırladaq ki, yanvarın 18-də keçirilən finalda Seneqal Mərakeşi əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi. Oyunun 90+8-ci dəqiqəsində Seneqalın qapısına penalti təyin olunandan sonra komanda baş məşqçinin göstərişi ilə etiraz əlaməti olaraq meydanı tərk etmiş, lakin daha sonra kapitan Sadio Manenin təşəbbüsü ilə geri qayıtmışdı. Mərakeş Futbol Federasiyası nəticə ilə bağlı apellyasiya şikayəti vermiş, sonradan CAF bu şikayəti təmin edərək Mərakeşə texniki qələbə vermişdi.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT26 May 21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik


































