İdman
“Neftçi” də “Qarabağ”la “Sabah”a qoşuldu
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.
Publika.az PFL-ə istinadən xəbər verir ki, XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib. Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib. Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.
Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb – 8:1. Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.
-
Nida Xəbər 15:06Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu
-
Sosial14:2434 il sonra onu xilas edən döyüşçü ilə üz-üzə gəldi - FOTOLAR
-
Ekologiya13:50Külək, yağış, qar... - Sabahın HAVASI
-
Rəsmi xronika12:38Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? - Prezident
-
Hadisə12:35Orxan Aslanovun villasında yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Rəsmi xronika12:09Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTO
-
Hadisə12:05Polkovnik-leytenant haqda yeni qərar
-
Rəsmi xronika11:10Prezident Şahbaz Şərifi təbrik etdi





























.jpg)






.jpg)

