İdman
Ulduz futbolçu DÇ-2026-nın ilk oyununu buraxacaq
Kanada millisinin müdafiəçisi Alfonso Devis 2026-cı il dünya çempionatında iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Cessi Marş məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı futbolçunun mundialın ilk matçına hazır olması çətin görünür. Devis Çempionlar Liqasında PSJ-yə qarşı keçirilən oyunda zədələnib. Tibbi müayinədən sonra onda sol budun arxa nahiyəsinin zədəsi aşkarlanıb. Marş bildirib ki, futbolçunun Almaniyada qalmasının əsas səbəbi “Bavariya”nın tətbiq etdiyi xüsusi müalicə prosedurlarıdır.
“Bavariya” onu Almaniyada tətbiq edə bildikləri müəyyən protokollarla müalicə edir. Şimali Amerikada bunu etmək mümkün deyil. Buna görə də o, Almaniyada qalıb. Orada ala biləcəyi müasir müalicə üsulları var və bu, onun üçün faydalıdır.
Klub da ona böyük dəstək verir və dünya çempionatında iştirak etməsini istəyir. Düşünürəm ki, onlar həm klub, həm də ölkə üçün futbolçulara dəstəyin vacibliyini anlayırlar”, — deyə Marş ESPN-ə açıqlamasında bildirib.
Devis cari mövsümdə 23 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Kanada millisi B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə qarşılaşacaq.
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu
-
Elm və təhsil06:16Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum




















.jpg)




.jpg)
.jpg)








