İdman
Ulduz futbolçudan unikal rekord: Messi kimi… - Video
“Los-Anceles”in vingeri Son Hın Min MLS-in müntəzəm çempionatında “Orlando Siti”yə qarşı keçirilən oyunda (6:0) möhtəşəm performans sərgiləyib.
Publika.az xəbər verir ki, ulduz futbolçu assistlər üzrə poker edib. O, görüşün 20-ci və 39-cu dəqiqələri arasında dörd məhsuldar ötürmə verib.
Bu nəticə koreyalı oyunçunun liqa tarixinə düşməsinə imkan yaradıb. O, MLS tarixində bir hissədə bu göstəriciyə çatan cəmi ikinci futbolçu olub.
Bundan əvvəl oxşar nailiyyətə Lionel Messi imza atmışdı. O, 2024-cü ildə beş assist etmişdi. Lakin argentinalı bunu oyunun ikinci hissəsində reallaşdırmışdı. Beləliklə, Son Hın Min MLS tarixində ilk hissədə bu göstəriciyə çatan ilk futbolçu kimi unikal rekord müəyyənləşdirib.
Qeyd edək ki, 33 yaşlı koreyalı 2025-ci ilin yayında Tottenhemdən “Los-Anceles”ə transfer olunub. O, Amerika klubunda keçirdiyi 23 oyunda 13 qol vurub və 15 assist edib.
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü








.jpg)






.jpg)























