İdman
"Öldü" deyilən Luçeskunun son durumu açıqlandı
Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskuya ürək əməliyyatı lazım ola bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, hazırda onun müalicəsi adi qaydada davam edir. Bildirilir ki, gələcəkdə əməliyyata ehtiyac yarana bilər və bu əməliyyatı hazırda Fransada çalışan rumıniyalı həkim həyata keçirəcək.
Ötən gün isə Türkiyə mətbuatı da daxil olmaqla bir sıra mənbələrdə Luçekunun öldüyünə dair məlumatlar yayılıb. Lakin bu xəbər həkimlər tərəfindən təkzib olunub.
Qeyd edək ki, Luçesku aprelin 2-də Rumıniya millisinin baş məşqçi postundan ayrılıb. O, bu vəzifədə 2024-cü ildən çalışırdı. 80 yaşlı mütəxəssis milli komandanın düşərgəsində huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmiş və orada ürək tutması keçirmişdi. Daha sonra Luçesku süni koma vəziyyətinə salınıb.
Müəllif: Heybət
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü








.jpg)






.jpg)























