İdman
Ulduz oyunçunun durumu açıqlandı: Məcbur oynayacaq?
“San-Antonio Spörs”ün mərkəz oyunçusu Viktor Vembanyama 2025/26 mövsümündə NBA-nın müntəzəm çempionatında yenidən meydana qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tibbi müayinə göstərib ki, 22 yaşlı fransız basketbolçu “Filadelfiya Siksers”in forvardı Pol Corc ilə toqquşmadan sonra ciddi zədədən yayınıb.
Mövsümün ən yaxşı müdafiəçisi adına əsas namizədlərdən biri və MVP mükafatına iddialı olan Vembanyama, mövsümsonu fərdi mükafatlara namizədliyini qorumaq üçün qalan üç oyundan birində ən azı 20 dəqiqə oynamalıdır.
“San-Antonio”nu qarşıda “Dallas Mevriks” və “Denver Naggets” ilə oyunlar gözləyir.
2025/26 mövsümündə Vembanyama 62 oyunda orta hesabla 24,8 xal, 11,5 ribaund və 3,1 assist göstəriciləri ilə çıxış edir.
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO











.jpg)

























