İdman
Dava saldığını, adam döydüyünü boynuna almır
Coui Barton hücum ittihamları üzrə özünü təqsirli bilmir.
Publika.az xəbər verir ki, mart ayında “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi və daha bir kişi hücum şübhəsi ilə həbs olunmuşdu.
Keçmiş futbolçu Mersisayddakı “Huyton and Prescot” qolf klubunun yaxınlığında baş verən davada iştirak etmişdi.
Zərərçəkmişin bir gözünün görmə qabiliyyətini itirə biləcəyi bildirildi. Bartonun girov müqabilində azadlığa buraxılması tələbi rədd edilib.
Aprelin 7-də 43 yaşlı ingilis Liverpul Məhkəməsində keçirilən ilkin dinləmədə həbsxanadan video bağlantı vasitəsilə çıxış edib. O, günahsız olduğunu bildirib.
İş üzrə yeddi günlük məhkəmə prosesi sentyabrın 1-də başlayacaq.
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO











.jpg)

























