İdman
Şeytan dedi ki, onu vur - Həmin münaqişədən danışdı
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra “Liverpul”un keçmiş hücumçusu Luis Suareslə olan münaqişəsini xatırlayıb.
2011-ci ilin son matçında Suares Evranı “neqr” adlandırdı. İngiltərə Futbol Assosiasiyası onu 8 oyunluq cəzalandərdə və 40 min funt cərimə etdi.
Publika.az xəbər verir ki, Evra İngiltərə mətbuatına deyib:
“Çətin idi, çünki beynindəki mələk deyir ki, “Patris, heç nə etmə, çünki bu, dünyanın ən vacib matçlarından biridir”, amma sonra şeytan gəlib deyir ki, “Onun üzünə yumruq vur”. Öz-özünlə danışmağa başlayırsan. Əgər onu vursan, cani və pis nümunə olacaqsan. Ona görə də özünü idarə etməlisən.
Reaksiya vermədiyim üçün çox qürur duydum. Sonra şikayət etdik və ertəsi gün bu, əsas xəbərə çevrildi. Mən bu cür diqqəti istəmirdim.
Mən işi qazandım. Amma Çempionlar Liqasının finalında “Yuventus”un heyətində “Barselona”ya qarşı oynadığım zaman onun əlini sıxdım”.
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO











.jpg)

























