İdman
İlk oyunlardan sonra ÇL-in favoritləri açıqlandı
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları baş tutub.
Publika.az xəbər verir ki, "Opta" superkompüterinin hesablamalarına görə, turnirin əsas favoriti səfərdə Lissabon "Sportinq"ini (1:0) məğlub edən "Arsenal"dır. “Topçular”ın ümumi qələbə ehtimalı 36,69% olaraq qiymətləndirilir.
İkinci əsas namizəd Madriddə "Real"ı (2:1) məğlub edən "Bayern"dir - 29,11%. Üçüncü pillədə isə "Liverpul"la cavab oyunu öncəsi iki topluq üstünlük qazanan PSJ (16,22%) qərarlaşıb.
"Barselona" üzərində qələbədən sonra "Atletiko" dördüncü favoritə çevrilib, lakin Dieqo Simeonenin komandasının şansları yenə də aşağı qiymətləndirilir – 6,77%. "Barsa" 5,21% ilə beşinci yerdədir.
Sonrakı pillələrdə "Real" (2,67%), "Liverpul" (1,83%) və "Sportinq" (1,50%) yer alır.
Qeyd edək ki, cavab qarşılaşmaları 14 və 15 aprel tarixlərində keçiriləcək.
Heybət
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO











.jpg)

























