İdman
Ronaldoya görə “Əl-Nəsr”i çempion etmək istəyirlər - Şok iddia
"Əl-Əhli"nin hücumçusu Ayven Touni Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunun "Əl-Faixa"ya qarşı oyunundan (1:1) sonra hakimin işindən məyus olub.
Publika.az xəbər verir ki, oyun zamanı “Əl-Əhli”nin xeyrinə üç penalti təyin olunmayıb. Jurnalist Ben Ceykobsun yazdığı kimi, Touni hesab edir ki, qərarlar “Əl-Nəsr”ə görə verilib ki, onlara turnirdə qalib gələ bilsinlər.
"Həlledici anlarda belə şeyləri görməzdən gəlmək və ya onlara göz yummaq sadəcə inanılmazdır. Aydındır ki, burada müəyyən təsir var.
Hakimin bizə VAR-ı izləyərkən başqa bir turnirə diqqət yetirməyimizi deməsi tamamilə anlaşılmazdır.
Yəqin ki, həqiqəti danışdığım, hakimin şübhəli qərarları haqda dediyim üçün pis adam hesab olunacam.
Növbəti dəfə, lazım gələrsə, futbol haqqında heç bir təsəvvürü olmayan birini dəvət edə bilərəm və o, bu klounların bəzilərindən daha yaxşı iş görər", - deyə Touni bildirib.
Hazırda "Əl-Nəsr" 27 oyundan 70 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Hilal" ikinci (68 xal, 28 oyun), "Əl-Əhli" isə üçüncüdür (66 xal, 28 oyun).
Müəllif: Heybət
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO











.jpg)


























