İdman
Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
Azərbaycan futbolunda böyük marağa, səs-küyə və qalmaqallara səbə olan "Qarabağ" - "Sabah" mübarizəsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Ağdam klubunun 5 illik fasilədən sonra çempionluq titulunu "bayquşlar"a verməsi geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, müxtəlif sahələrdə çalışan rəsmi şəxslər "Qarabağ"ın çempionluğu itirməsi barədə fikirlərini sosial şəbəkələrdə bildirirlər. Onlar arasında Rəşad Məcid də olub.
Azərbaycan Mətbuat Şurasının sədri "Facebook" hesabında "Sabah"ın çempionluğuna və yeni mövsümdən Azərbaycanı Avropa arenasında təmsil etməsinə münasibət bildirib.
“Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. “Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi. Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir.
Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür.
“Araz”, “Turan”, “Zəngəzur”, “Göyçə”, “Kəpəz” adları daha çox emosiya yaradardı.
Məşqçisi, oyunçuları, bütün texniki heyəti ilə “Qarabağ” bir əfsanə idi”, - deyə Rəşad Məcid yazıb.
Onun bu sözlərinə reaksiya verənlər arasında "Sabah"ın sabiq idarəçisi, İTV-nin baş direktoru, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov da olub. O, Rəşad Məcidin sözlərinə ritorik şəkildə cavab verib:
"Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” qoysun? O zaman həm hisslər yerində olar, həm də siyasət".
Rəşad Məcid isə Balakişi Qasımova komandanın adının "Sabah-Bakı" olmasını təklif edib:
"Balaş müəllim, “Sabah” gözəl oynayır, təbrik edirəm. Davamlı olsun!
90-ci illərdə mən də "Sabah" adlı qəzet açmaq istəyirdim. Kimsə artıq qeydiyyatdan keçirmişdi. "Sabah" əla addır.
Amma mən dediyim ümummilli rəğbətin yaranması üçün adda hansısa bir hekayə olmalıdır. Məsələn,”Sabah-Bakı”.
Qeyd edək ki, "Sabah" ötən gün "Qarabağ"ı Azərbaycan kubokunda mübarizədən kənarlaşdıraraq finala yüskəlib. Premyer Liqada isə lider olan "bayuşlar"la ikinci pillədki "köhlən atlar" arasında xal fərqi 13-dür.
Heybət
.jpg)
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)















