“Sabah” ikinci dəfə Azərbaycan Kubokunun qalibi oldu - Video/Yeniləndi
Bizi izləyin

İdman

“Sabah” ikinci dəfə Azərbaycan Kubokunun qalibi oldu - Video/Yeniləndi

“Sabah” ikinci dəfə Azərbaycan Kubokunun qalibi oldu - Video/Yeniləndi

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu başa çatıb.

Publika.az xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Masazır klubunun qollarını Patrik Mbina və Coy Lens Mikels vurublar. "Zirə"nin yeganə qoluna Eren Aydın imza atıb.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar, həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.

Bununla da, Azərbaycanı növbəti mövsüm Avropa Liqasında ikinci yeri tutan komanda təmsil edəcək. Hazırda bu pillənin sahibi "Qarabağ"dır. Üçüncü və dördüncü yeri tutan kollektivlər Konfrans Liqasında iştirak edəcəklər.

***

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.

Publika.az xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm