İdman
Bundesliqada ən çox xal toplayan məşqçilər: Birinci yerdə kimdir?
“Transfermarkt” saytının statistikasına görə, ispaniyalı məşqçi Xosep Qvardiola Almaniya Bundesliqasında oyun başına xal sayına görə liderlik edir.
Publika.az xəbər verir ki, statistikaya yalnız komandalarını ən azı 50 oyuna çıxaran məşqçilər daxil edilib. Qvardiolanın rəhbərliyi altında “Bayern” oyun başına 2,52 xal qazanıb.
“Bayern”in digər iki məşqçisi də yaxşı nəticə göstərib: Vinsent Kompani 2,38 və Hans-Diter Flik 2,37 xal.
İlk 10-luqda bu mütəxəssislər var:
Xabi Alonso (“Bayer Leverkuzen”) – 2,33,
Ottmar Hitsfeld (“Bayern” və “Borussiya Dortmund”) – 2.08,
Edin Terziç (“Borussiya Dortmund”) – 2.06,
Lui van Qal (“Bayern”) – 2.05,
Udo Lattek (“Bayern”, “Borussiya Mönhenqladbax”, “Borussiya Dortmund”) – 2,02,
Yulian Naqelsmann (“Hoffenhaym”, “RB Leyptsiq”, “Bayern”) – 2.01,
Ernst Happel (“Hamburq”) – 2.01.
Qvardiola 2013-cü ildən 2016-cı ilə qədər “Bayern”i çalışdırıb və komandaya yeddi kubok qazandırıb.
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi







































