İdman
Əfsanə barmağının bir hissəsini itirdi - FOTO
UFC Şöhrət Zalının üzvü Mett Hyuz barmağının bir hissəsinin amputasiya edilməsindən sonra qorxulu fotosunu paylaşıb.
Publika.az xəbər verir ki, 52 yaşlı amerikalı 13 illik karyeradan sonra 2011-ci ildə peşəkar döyüşləri başa vurub. Hyuz keçirdiyi 54 döyüşdə (45 qələbə, 9 məğlubiyyət) çoxsaylı zədə alıb. Bu qarşılaşmaların 25-i UFC-də baş tutub və o, burada iki dəfə yarımorta çəkidə çempion kəmərinə sahib çıxıb.
İndi isə o, yeni zədə ilə üzləşib. Hyuz sosial şəbəkədə barmağının qismən amputasiya olunduğunu göstərən şəkil yayımlayıb. Buna baxmayaraq, onun əhvalının yaxşı olduğu görünür. Fotoda xəstəxana çarpayısında uzanaraq əlini nümayiş etdirir. Şəkildə orta barmağın uc hissəsinin olmadığı və yaranın tikildiyi görünür.
Hyuz paylaşımına belə şərh yazıb: “Şükürlər olsun ki, Tanrı mənə çox mərhəmətli davrandı. İşləmək üçün hələ doqquz barmaq saxladı”.
Qeyd edək ki, bu, Hyuzun karyerasını başa vurduqdan sonra aldığı ən ağır zədə deyil. 2017-ci ilin iyununda onun pikap avtomobili doğma İllinoys ştatında dəmiryolu keçidində qatarla toqquşmuşdu. O, ağır kəllə-beyin travması səbəbindən 19 gün komada qalmışdı.
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq






















.webp)
.jpg)


.jpg)








