İdman
Ronaldonun oğlu bu iki klubdan birinə keçə bilər
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Avropanın aparıcı çempionatlarından birinə keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, gənc futbolçu Portuqaliyanın “Sportinq” və ya Almaniyanın Dortmund “Borussiya”sına transfer oluna bilər.
Bildirilir ki, Ronaldo Junior karyerasını Avropada davam etdirmək istəyir. O, daha əvvəl atası həmin klublarda çıxış edərkən “Yuventus” və “Mançester Yunayted”in aşağı yaş qruplarında oynayıb.
Daha əvvəl yayılan xəbərlərdə qeyd olunurdu ki, hazırda “Əl-Nəsr”in gənclər komandasında çıxış edən Ronaldo Juniorun gələn mövsümdən əsas komandaya cəlb olunması planlaşdırılır.
Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı



































