Dünya
DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
Hindistanın Maharaştra ştatında şokedici cinayət hadisəsi baş verib: qız gələcək həyat yoldaşını gizli sevgilisinin köməyi ilə qətlə yetirib.
Publika.az "Hindustan Times" nəşrinə istinadla xəbər verir ki, hadisə iyunun 18-də qədim dağ qalası olan məşhur Dəmir qalada (Iron Fort) baş verib.
20 yaşlı Siya Qoyal və 26 yaşlı nişanlısı Ketan Aqarval min metr hündürlükdə yerləşən qalaya ekskursiyaya gediblər. Onlar ora çatdıqdan qısa müddət sonra qız nişanlısının şəkil çəkdirərkən qayadan yıxıldığını bildirib. Onun cəsədi üç saat sonra tapılıb, lakin artıq kömək etmək mümkün olmayıb.
Gənc oğlanın atası Qoyalın faciə ilə bağlı heç bir emosiya göstərmədiyini müşahidə edib və bu, onun bədbəxt hadisədə əli olması ilə bağlı şübhələr yaradıb.
Polis araşdırmalara başlayıb və məlum olub ki, gənclər fevral ayında nişanlanıblar və nikah valideynlər tərəfindən təşkil olunub. Lakin Qoyal Aqarval ilə ailə qurmaq istəməyib və 22 yaşlı Çetan Çoudxari ilə gizli münasibətdə olub.
İstintaq müəyyən edib ki, Çoudxari cütlüyü qalanın zirvəsində gözləyirmiş. Hücum anında sevgililər Aqarvala hücum edərək onu hündürlükdən aşağı itələyiblər.
Dindirmələr zamanı şübhəlilər bir-birini günahlandırmağa başlayıblar: Çoudxari iddia edib ki, o, sadəcə Qoyal ilə qaçmaq istəyib, lakin qız qətli törətməkdə israr edib. Qoyal isə məhz Çoudxarinin Aqarvaldan qurtulmağa qərar verdiyini bildirib.
Polis cinayətin əlbir şəkildə törədildiyinə əmindir, çünki Qoyal və Çoudxarinin yanvar ayından bəri 2000 dəfədən çox telefonla danışdıqları və ümumilikdə 238 saat ünsiyyətdə olduqları, həmçinin hücumdan bir gün əvvəl kafedə gizli görüşdükləri müəyyən edilib. Məhkəmə polisə istintaqı başa çatdırmaq üçün bir həftə vaxt verib, nəticələr iyunun 29-da təqdim edilməlidir.
Hüseyn İbadlı
-
Köşə09:24120 dəqiqəyə sığmayan final və ya Messinin top istəyən baxışları
-
Avto07:15Maşın bazarında niyə alıcı tapılmır? - Video
-
ABŞ06:46ABŞ-dan İrana ardıcıl doqquzuncu gecə hücumları dalğası
-
ABŞ01:40ABŞ hərbçisi həlak oldu - Pentaqon açıqlama yaydı
-
Qoroskop01:20Günün ulduz falı: Risk almaqdan qorxmayın!
-
İdman00:27DÇ-2026: Bağlanış mərasimində ulduzlar keçidi - Foto
-
Səhiyyə19 İyul 22:16Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
-
Sosial19 İyul 18:48FHN çimərliklərə gedənlərə xəbərdarlıq etdi

































