İdman
Daha bir DÇ matçı ləğv edilə bilər
DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Tunis və Niderland milli komandaları arasında keçiriləcək matçın başlanğıcı əlverişsiz hava şəraiti səbəbindən təxirə salına bilər.
Publika.az xəbər verir ki, bu barədə Hollandiyanın "VoetbalPrimeur" nəşri məlumat yayıb.
Oyun iyunun 26-na keçən gecə, Bakı vaxtı ilə saat 03:00-da Kanzas-Sitidə (Missuri ştatı) yerləşən "Errouhed" stadionunda keçirilməlidir. Sinoptiklərin proqnozuna görə, həmin vaxt arena ətrafında tufan gözlənilir.
Turnirdə qüvvədə olan qaydalara əsasən, əgər tufan zamanı stadionun 13 km radiusunda şimşək çaxması qeydə alınarsa, oyun 30 dəqiqə müddətinə dayandırılacaq və azarkeşlər tribunadan təhlükəsiz yerlərə təxliyə ediləcəklər. Məhz bu səbəbdən Fransa və İraq yığmaları arasındakı görüş dünya çempionatları tarixində ən uzun sürən oyun olub: hissələr arasındakı fasilə standart 15 dəqiqə əvəzinə iki saat çəkib. "Üçrənglilər" sonda 3:0 hesabı ilə qələbə qazanıblar.
Eyni səbəbdən fransızların norveçlilərlə oyununda da problemlər yarana bilər: onların qarşılaşması iyunun 26-sı axşam saatlarında Foksboroda (Massaçusets ştatı) baş tutacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı




















.jpg)

















