Yaxın Şərq
Livan və İsrail anlaşma memorandumu imzalaya bilər
Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda ABŞ mütəxəssislər tərəfindən hazırlanmış təhlükəsizlik məsələlərinə dair anlaşma memorandumunu müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbənin “Əl-Hədəs” televiziyasına verdiyi məlumatda bildirilib.
Mənbə qeyd edib ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq, yaxın zamanda başa çatması gözlənilən danışıqların beşinci raundundan sonra bu sənədi imzalaya bilərlər.
Onun sözlərinə görə, xoşməramlılıq jesti olaraq İsrail Cənubi Livanda işğal altında olan ərazilərdən qoşunlarını çıxara bilər. Bu ərazilərdə Livan ordusu bölmələrinin yerləşdirilməsi nəzərdə tutulan pilot zona yaradılacaq. Lakin hələlik İsrail qoşunlarının hansı ərazilərdən geri çəkiləcəyi dəqiqləşdirilməyib.
Eyni zamanda, Livan ordusunun vəziyyətə nəzarət etmək və “Hizbullah”ın mümkün hücumlarına qarşı durmaq qabiliyyətini nümayiş etdirməsi tələb olunacaq. Bildirilir ki, “Hizbullah” döyüşçüləri Litani çayının cənubundakı ərazilərdən tamamilə geri çəkilməlidir.
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı















.jpg)
.jpg)























