İdman
"WhatsApp"ın yaradıcısı istifadəçiləri belə aldadıb - Durov “nəhəng fırıldağ”dan danışdı
"Telegram"ın yaradıcısı Pavel Durov öz kanalında "WhatsApp"dakı şifrələmənin "nəhəng bir yalan" olduğunu yazıb.
Publika.az xəbər verir ki, biznesmen bu fikri Texas ştatının "WhatsApp"ı istifadəçilərin məlumatlarının məxfiliyi ilə bağlı aldatdığı üçün məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən qeyd edib.
"İndi WhatsApp-ın yaradıcısının 'istifadəçilərimin məxfiliyini satıram' dedikdə nəyi nəzərdə tutduğunu başa düşürük", - deyə Durov bildirib və istifadəçiləri "Telegram"a keçməyə çağırıb.
Daha əvvəl Texasın baş prokuroru Ken Pakston ştatın "Meta" şirkətini və "WhatsApp"ı yazışmaların şifrələnməsi ilə bağlı istifadəçiləri aldatdıqları üçün məhkəməyə verdiyini açıqlayıb. İddiaya görə, şirkətlər müştərilərə mesajlarının tam şifrələndiyinə dair yalan vəd veriblər, halbuki əslində messencerdəki demək olar ki, bütün şəxsi yazışmalara çıxışları var.
Pakston vurğulayıb ki, "WhatsApp" təhlükəsiz və qapalı messencer kimi reklam olunsa da, bu vədləri yerinə yetirmir.
Hüseyn İbadlı
-
Ekologiya12:45Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə11:10Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu
-
Elm və təhsil06:16Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?

























.jpg)


.jpg)








