İdman
İnfantino: "Təklif həyata keçirilməyəcək!"
FİFA prezidenti Canni İnfantino Dünya Kuboku hüquqlarının bir hissəsini xarici investorlara satmaqdan imtina etdiyini bildirib.
Publika.az xəbər verir ki, İnfantinonun açıqlamasında deylir:
“FİFA Forward Enterprise (FFE) layihəsi, xüsusilə dəstəyə ən çox ehtiyac duyulan ölkələrdə, FİFA Üzv Assosiasiyalarımızın və idmanımızın dünya miqyasında daha da gücləndirilməsi üçün təməl qoymaq məqsədilə hazırlanmışdı.
Bundan əlavə, əvvəldən dediyimiz kimi, bu, yalnız FİFA-nın üzv assosiasiyalarının əksəriyyətinin dəstəyi ilə və həmişə onlarla, FİFA Şurası, konfederasiyalar və daha geniş maraqlı tərəflər icması ilə məsləhətləşmələr yolu ilə edilə bilər.
Bütün fikirləri diqqətlə dinlədikdən sonra məlum oldu ki, layihə elə bir xarakterli fikir ayrılıqları yaradıb ki, dəstək səviyyəsindən asılı olmayaraq, artıq ilkin məqsədə xidmət etmir.
Məqsədimiz həmişə birləşmək və inkişaf etmək olub və olacaq.
Bu səbəbdən təklif həyata keçirilməyəcək.
Növbəti günlərdə və həftələrdə futbolumuzda ortaq maraqlar ruhunda və xüsusən də dəstəyimizə ən çox ehtiyacı olan ölkələrdə onun inkişafını hər yerdə davam etdirmək məqsədi ilə bütün maraqlı tərəfləri bir araya gətirmək niyyətindəyəm”.
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin17 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı























.jpg)


.jpg)



.png)





