İdman
Məşhur qapıçı karyerasını bitirdi
Danimarkalı qapıçı Kasper Şmeyxel karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, 39 yaşlı qapıçı bu barədə TV2 kanalına verdiyi müsahibədə bildirib.
O, qərarının səhhətindəki problemlərlə bağlı olduğunu etiraf edib. Ən son Şotlandiyanın “Seltik” klubunda oynayan qapıçı çiyin zədəsi səbəbindən yaz mövsümünün əhəmiyyətli bir hissəsini buraxmalı olub. Onun komanda ilə müqaviləsi iyun ayında başa çatır.
Danimarkalı futbolçu deyib: “Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim və hamısı peşəkar futbola qayıtmağıma ümid etməməli olduğumu dedi”.
Karyerası ərzində Şmeyxel “Mançester Siti” və bir neçə başqa klubda oynayıb, lakin məşhurluğu “Lester Siti” ilə qazanıb. O, 2015/16 mövsümündə “tülkülər”lə İngiltərə Premyer Liqasının titulunu qazanıb. Qapıçı həmçinin Danimarka millisində 120 oyun keçirib.
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika31 İyul 17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə31 İyul 15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 31 İyul 14:45Əli Əsədov sərəncam imzaladı
















.jpg)




.jpg)




.jpg)








